3-cü mərtəbədən yıxılan qadın sağ qalıb

Sumqayıt şəhərində qadın 3-cü mərtəbədən yıxılıb.

Sumqayıt şəhərində qadın 3-cü mərtəbədən yıxılıb. "Olaylar"ın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, hadisə iyulun 11-də Sumqayıt şəhəri 17-ci mikrorayonda qeydə alınıb. Orada yaşayan Nihal Məmmədseyidova evinin pəncərəsindən (5 mərtəbəli binanın 3-cü mərtəbəsi) yıxılıb. O, xəstəxanaya yerləşdirilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00