Hüquq müdafiəçisi BMT-yə alternativ hesabat yollayıb
“İyulun 11-də BMT-nin İşgəncələr Əleyhinə Komitəsinə Ermənistan dövlətinin 4-cü dövrü hesabatına alternativ hesabat yolladım”.
12 İyul 2016 15:22 Sosial"İyulun 11-də BMT-nin İşgəncələr Əleyhinə Komitəsinə Ermənistan dövlətinin 4-cü dövrü hesabatına alternativ hesabat yolladım". Bunu hüquq müdafiəçisi Sahib Məmmədov özünün Facebook hesabında yazıb. O, qeyd edib ki, hesabat əsasən girov götürülən Azərbaycanlılara işgəncə verilməsi və digər qeyri-insani və insan ləyaqətini alçaldan davranış və cəzaya məruz qalmaları, onların qeyri-legitim məhkəmələr tərəfindən mühakimə olunması və beləliklə, iştirakçı dövlət tərəfindən Konvensiyanın 1,2,5,6, 11, 12 və 15-ci maddələrinin tələblərinin pozulmasına həsr olunub. "Hesabat BMT İnsan Hüquqları üzrə Ali Komissarın rəsmi veb səhifəsində yerləşdiriləcək" - S. Məmmədov bildirib.