Azərbaycan QHT-ləri xaricdən nə qədər qrant alıb?
"Azərbaycan QHT-ləri ötən il ərzində ABŞ-ın NED fondundan 1 056 221 ABŞ dolları qrant alıb". Bu açıqlamanı öz Facebook profilində Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının sədri, hüquq müdafiəçisi Sahib Məmmədov yayıb.
12 İyul 2016 15:21 Sosial"Azərbaycan QHT-ləri ötən il ərzində ABŞ-ın NED fondundan 1 056 221 ABŞ dolları qrant alıb". Bu açıqlamanı öz Facebook profilində Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının sədri, hüquq müdafiəçisi Sahib Məmmədov yayıb. Onun yazdığına görə, əsas istiqamətlər seçki monitorinqi, KİV, Vətəndaş Cəmiyyəti islahatları və s. mövzulardır: "Pul alan QHT-lər barədə məlumat verilməsə də, əsas alıcı Vətəndaş Cəmiyyəti Platforması adlı koalisiya olub. Nəzərinizə çatdırıram ki, NED tərəfindən ayrılan qarntların həcmi 2013-cü ildən sonra bir neçə dəfə artıb. Alınan qarantların hamısı ölkəyə gizli şəkildə daxil olub və qeydə alınmayıb.