Cari ilin altı ayı ərzində 106 yaşayış məntəqəsinə təbii qaz verilib
Cari ilin yanvar-iyun ayları ərzində 6636 kilometr uzunluğunda yeni qaz kəmərləri quraşdırılıb, şəbəkənin təhlükəsiz və normal rejimdə istismarının təmin olunması üçün 189 kilometr qaz kəməri əsaslı təmir olunub.
12 İyul 2016 15:12 SosialCari ilin yanvar-iyun ayları ərzində 6636 kilometr uzunluğunda yeni qaz kəmərləri quraşdırılıb, şəbəkənin təhlükəsiz və normal rejimdə istismarının təmin olunması üçün 189 kilometr qaz kəməri əsaslı təmir olunub. "OLAYLAR"-ın SOCAR-a istinadən verdiyi xəbərə görə, aparılan tikinti-quraşdırma işləri nəticəsində Kürdəmir, Ağsu, İsmayıllı, Saatlı, Beyləqan, Bərdə, Ağacabədi, Şabran, Zərdab, Sabirabad, Salyan, Neftçala, Cəlilabad, Tovuz, Qəbələ, Qusar, Qax, Şəki, Göyçay, Quba, Tərtər, Şəmkir, Goranboy, Oğuz, Gədəbəy, Ucar, Samux, Yevlax, İmişli və Masallı rayonları üzrə 106 yaşayış məntəqəsi qazlaşdırılıb.