Aztəminatlı ailələrin ümid yeri-sosial mənzillər

Dünya ölkələrində iqtisadi tənəzzülün tüğyan etməsinə baxmayaraq Azərbaycanda vətəndaşların sosial problemlərinin həllinə diqqət artırılır. Daha doğruzu, neftin qiymətinin dünya bazarında kəskin şəkildə aşağı düşməsi səbəbindən büdcə gəlirlərinin azalmasına baxmayaraq Azərbaycanda heç bir sosial lahiyə dayandırılmayıb.

İlham Əliyev: "Biz bu il biz sosial mənzillərin inşasına başlamaq fikrindəyik

Dünya ölkələrində iqtisadi tənəzzülün tüğyan etməsinə baxmayaraq Azərbaycanda vətəndaşların sosial problemlərinin həllinə diqqət artırılır. Daha doğruzu, neftin qiymətinin dünya bazarında kəskin şəkildə aşağı düşməsi səbəbindən büdcə gəlirlərinin azalmasına baxmayaraq Azərbaycanda heç bir sosial lahiyə dayandırılmayıb. Əksinə, müxtəlif maliyyə mənbələrindən əldə edilmiş gəlirlər hesabına sosial proqramların icrası davam etdirilir. Belə sosil proqramlardan biri də aztəminatlı ailələr üçün sosial evlərin inşaasıdır ki, yaxın müddətdə bu layihənin icrasının gerçəkləşəcəyi şübhə doğurmur. Məlumata görə, tez bir zamanda ölkəmizdə aztəminatli, ödəmə qabiliyyəti aşağı olan ailələr üçün sosial evlərin tikintisinə start veriləcəyi gözlənilir. Dövlət tərəfindən belə bir layihənin həyata keçirilməsində məqsəd aztəminatlı ailələr üçün güzəştli şərtlərlə mənzil əldə edilməsinə şərait yaratmaqdır. Artıq bu məqsədlə Prezident İlham Əliyev tərəfindən imzalanan fərmanla Mənzil İnşaatı Dövlət Agentliyi də yaradılıb. Sosail mənzillərin tikintisi ilə bağlı xüsusi agentliyin yaradılması o deməkdir ki, dövlət ödəmə qabiliyyəti nisbətən aşağı olan vətəndaşların sosial problemlərinin həllini daim diqqət mərkəzində saxlayır. Təsadüfi deyil ki, bu məqsədlə artıq dövlət büdcəsindən 10 milyon manat vəsait ayrılıb. Azərbaycan prezidenti İlham Əliyev Nazirlər Kabinetinin 2016-cı ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında bildirib ki, bu il biz sosial mənzillərin inşasına başlamaq fikrindəyik. Dövlət başçısı deyib ki, Mənzil İnşaatı Dövlət Agentliyi - MİDA yaradılıb və onun əsas vəzifəsi aztəminatlı ailələrə çox əlverişli şərtlərlə mənzillərin verilməsidir: "Eyni zamanda, bu proses kütləvi xarakter alandan sonra bunun inşaat və tikinti materialları istehsalı sektorlarına və beləliklə, sənaye potensialımıza çox müsbət təsiri olacaq. İndi hazırlıq işləri aparılır. Ümid edirəm ki, bu il artıq praktiki addımlar atılacaq və bu yeni sosial təşəbbüs çox geniş vüsət alacaq".
 Əvvala onu qeyd edək ki, bir müddət əvvəl sosial mənzillərin inşası məqsədi ilə Prezident İlham Əliyev tərəfindən imzalanan fərmanla yaradılan Mənzil İnşaatı Dövlət Agentliyi əhalinin imkansız təbəqələrinin mənzilə olan ehtiyacının ödənilməsində önəmli bir vəzifəni həyata keçirəcək. Əslində hələ 2013-2014-cü illərdə dövlət tərəfindən imkansız ailələrin mənzillə təminatı üçün sosial mənzillərin inşası məsələsi gündəmə gəlimişdi. Bu baxımdan işsizliyin azaldılması və maddi imkanları aşağı olan aztəminatlı əhalinin mənzil probleminin həlli üçün bütün şəhərlərdə, rayon mərkəzlərində sosial mənzillərin tikintisinə başlanılması ilə bağlı yüksək səviyyədə müvafiq addımların atılacağı gözlənilirdi. Ona görə də, Prezident İlham Əliyev tərəfindən belə bir fərmanın verilməsi xalq arasında məmnunluqla qarşılanıb. İqtisadçı kspert Samir Əliyevin sözlərinə görə, inşa ediləcək sosial mənzillərdə mənzil alanlar ayda 80-100 manat ödəyəcək, 25 ildən sonra isə o mənzilin tam hüquqlu sahibi olacaqlar. Samir Əliyev xatırladıb ki, Azərbaycanda sosial mənzillərin inşa edilməsi ilə bağlı məsələnin reallaşdırılması məqsədi ilə son illərdə mütəxəssislər tərəfindən xarici təcrübə diqqətlə öyrənilirdi. Ekspert sosial mənzillərin ucuz başa gələcəyini, onların dövlət tərəfindən ayrılacaq ərazilərdə inşa ediləcəyini və nəticədə bir sıra xərcləri də ortadan qaldıracağını, bu səbəbdən baha başa gəlməyəcəyini də xüsusi vurğulayıb. Samir Əliyev ən çox bir və iki otaqlı mənzillərin inşa ediləcəyini və onların ilk növbədə daha çox mənzilə ehtiyacı olan az təminatlı ailələrə veriləcəyini də xüsusi vurğulayıb: "Heç kəsə sirr deyil ki, hazırda əhalinin böyk hissəsinin ipoteka krediti ilə ev almağa imkanı çatmır. İpoteka kreditinin faizinin yuxarı olması, üstəlik bunun üçün yüksək əmək haqqının vacibliyinin önə çıxarılması, eyni zamanda aylıq ödənişlərin də vətəndaşın aldığı əmək haqqını üstələməsi mənzilə ehtiyacı olan aztəminatlı ailələrin ondan istifadə edə bilməsinə imkan vermirdi. Amma indi vəziyyət dəyişəcək və sosial mənzillərin inşası ilə az təminatlı ailələr mənzilə sahib olmaq imkanı əldə edəcəklər. Zənnimcə, bu sahədə həyata keçiriləcək tədbirlər az təminatlı ailələrin mənzillə təmin olunmasında müəyyən rol oynayacaq". Samir Əliyev aztəminatlı ailələr üçün nəzərdə tutulan mənzillərin bölüşdürülməsi zamanı müəyyən pozuntulara yol veriləcəyini istisna etməsə də, bütün hallarda bu prosesin nəzarət altında olacağını və baş verə biləcək qanun pozuntularının qarşısının yerindəcə alınacağını söyləyib. Ekspertlər hesab edirlər ki, ucuz qiymətə mənzillərin inşaası mənzil bazarına da təsir göstərəcək. İlk növbədə bazarda qiymətlərə görə mənzillərin pay nisbəti dəyişəcək. Bazarda təklif edilən sosial evlərin sayının artması digər mənzillərin də qiymətinə təsirsiz ötüşməyəcək. Həmçinin sosial mənzillərin bazara daxil olması ipoteka şərtlərində dəyişiklikərə səbəb olacağı gözlənilir. Mənzillərin qiymətində proqnozlaşdırılan enmələr gələn il müşahidə ediləcək. Çünki, mənzillərin tikilərək satılmasına məhz 2017-ci ilin ortalarında start veriləcək. Bunula da sosial evlərin inşası ilə aztəminatlı əhalinin yaxşı şəraitli ev sahibi olmaq imkanı qazanacaq. Bu ona dəlalət edir ki, sözügedən mexanizm sosial sahədə Prezidentin həyata keçirdiyi çox önəmli bir layihədir. Bu layihənin bəhrəsini isə Azərbaycan vətəndaşları görəcək. Çox yaxın zamanlarda sosial evlər tikilməyə başlayacaq ki, bu da çoxlu sayda yeni iş yerlərinin açılması deməkdir. Həmin mənzillərin inşası ilə məşğul olan insanlar işlə təmin olunacaq. Digər tərəfdən də aztəminatlı əhali evlə təmin olunmaq imkanı qazanacaq. Mənzilə ehtiyacı olan aztəminatlı ailələrin mənzillə təmini zamanı qanun pozuntularının qarşısının alınmasının vacibliyini bildirən millət vəkili Vahid Əhmədovun sözlərinə görə sosial mənzil almaq istəyən ailələrin aylıq gəlirlərinin yuxarı həddinə limit qoyulacaq və bu çərçivədə də mənzili olan ailələr sosial mənzil ala bilməyəcəklər. Millət vəkili həmçinin onu da qeyd edib ki, sosial mənzillərin bölüşdürülməsi zamanı şəhid ailələri, dul qadınlar və yetimlərə xüsusi güzəştlər ediləcək. Təbii ki, bu şərtlər daxilində verilən sosial evlər Azərbaycanda sosial rifahı gücləndirəcək, ölkədə daha istiqrarlı bir əhvali-ruhiyyə yaranmasına imkan yaradacaq. Nəinki Bakıda, həm də rayonlarda inşa edilməsi nəzərdə tutulan sosial mənzillər həm də bölgələrdə yeni iş yerlərinin yaradılmasına və nəticədə əhalinin sosial vəziyyətinin yaxşılaşmasına yol açacaq. Millət vəkili əlavə edib ki, Azərbaycanda sosial evlərin tikilməsi ilə bağlı müəyyən layihələr həyata keçirilir. Artıq buna start verilib və müəyyən rayonlarda tenderlər baş tutub. Deputatın sözlərinə görə, sosial evlərin tikilməsi ilə işlər davam etdirilir: "Artıq bəzi rayonlarda tenderlər keçirilib. Sosial evlərin tikilməsi ilə bağlı ciddi problem mövcud deyil. Layihənin həyata keçirilməsi çox vacibdir. Çünki əhalinin böyük hissəsinin evə ehtiyacı var. Sosial layihə əsasən orta və aşağı təbəqə üçün nəzərdə tutulub. Bunun ən mühüm cəhəti ondan ibarətdir ki, əgər ipoteka yalnız iri şəhərlər üçün nəzərdə tutulmuşdusa, sosial evlərin tikilməsi ölkənin bütün rayonlarını əhatə edəcək. Aztəminatlı ailələr sosial evlərdən istifadə edə biləcəklər".

Alim

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00