Xəzər dənizindəki neft-qaz yataqlarında ekoloji monitorinq işləri aparılır

SOCAR-ın Şurası tərəfindən təsdiq olunmuş 2016-cı il üzrə illik iş planına əsasən Ekologiya İdarəsi tərəfindən Xəzər dənizinin Azərbaycan sektorundakı neft-qaz yataqlarında ekoloji monitorinqlər davam etdirilir.

SOCAR-ın Şurası tərəfindən təsdiq olunmuş 2016-cı il üzrə illik iş planına əsasən Ekologiya İdarəsi tərəfindən Xəzər dənizinin Azərbaycan sektorundakı neft-qaz yataqlarında ekoloji monitorinqlər davam etdirilir. "OLAYLAR"-ın xəbərinə görə, bu məqsədlə Ekoloji Monitorinq Departamentinin Ekoloji Tədqiqatlar Ekspedisiyası tərəfindən iyun ayının sonunda "28 May" NQÇİ-nin istismarında olan "Günəşli" yatağında "Məmməd Süleymanov" gəmisi vasitəsi ilə ətraf mühitin vəziyyətinin monitorinqi həyata keçirilib.. Monitorinqlər zamanı 4 dekabr 2015-ci il tarixində baş vermiş qəza rayonunda - 10 saylı dərin dəniz özülü ətrafında vizual müşahidələr aparılıb və layihə üzrə seçilmiş hər bir stansiyada Niskin tipli batometr vasitəsilə su nümunələri götürülüb. Gəminin laboratoriyasında "Professional Plus" çoxrejimli analitik cihazla su nümunələrində hidrogen ionlarının qatılığı (pH), oksigenin miqdarı, suyun duzluluğu, elektrik keçiriciliyi və temperatur təyin olub. Alınmış fiziki-kimyəvi nəticələrin Xəzər dənizi üçün xarakterik göstəricilər həddində olduğu müəyyən edilib. Ekoloji monitorinq işləri SOCAR-ın digər dəniz yataqlarında davam etdirilir

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00