Regionlarda sağlam ailə modeli təbliğ edilir
Gənclər Mərkəzi İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə Qaxda “Sağlam ailə modeli yaradaq!” adlı tədbir həyata keçirib.
12 İyul 2016 13:29 SosialGənclər Mərkəzi İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə Qaxda "Sağlam ailə modeli yaradaq!" adlı tədbir həyata keçirib. İctimai Birlikdən "OLAYLAR"-a bildirilib ki, tədbirdə sağlam ailəyə əngəl olan erkən nikah, məişət zorakılığı problemləri barədə maarifləndirmə söhbətləri aparılıb. Bildirilib ki, müasir dövrdə sosiallaşmanın ən əsas təkanverici qüvvəsi ailədir. Ailənin sağlam formalaşması və cəmiyyətə normal adaptasiyası üçün psixiloji, ideoloji, sosioloji, müəyyən mənada dini təsir və təzyiqlər, həmçinin, kənar müdaxilələrin olması əksər hallarda maneələrə səbəb olur. Regionlarda bu problemin daha çox ictimailəşdirilməsi, ona qarşı maarifləndirmənin gücləndirilməsi, gənclərin təlimatlandırılması layihəmizin qayəsini təşkil edir. Bu məqsədlə layihəyə 15-29 yaşlı gənclər cəlb olunub. Tədbirdə onlara məlumatlandırma materialları da paylanıb.