Yükdaşıma qiymətləri 34,7 faiz bahalaşıb

2016-cı ilin yanvar-iyun aylarında 2015-ci ilin eyni dövrünə nisbətən nəqliyyat sektorunda yükdaşıma qiymətləri milli valyutada 34,7 faiz bahalaşıb.

2016-cı ilin yanvar-iyun aylarında 2015-ci ilin eyni dövrünə nisbətən nəqliyyat sektorunda yükdaşıma qiymətləri milli valyutada 34,7 faiz bahalaşıb. Statistika Komitəsindən "Olaylar"a verilən məlumata görə, cari ilin iyun ayında isə may ayına nisbətən yükdaşıma qiymətləri 0,4 faiz, o cümlədən boru kəməri nəqliyyatı ilə neft və qazın nəql olunma qiyməti müvafiq olaraq 0,2 və 0,7 faiz, ölkələrarası yükdaşıma qiymətləri dəmir yolu və hava nəqliyyatında 0,7 faiz, dəniz nəqliyyatında 0,6 faiz, avtomobil nəqliyyatında 0,2 faiz bahalaşıb, ölkədaxili yükdaşıma qiymətləri sabit qalıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00