QHT-lərin tam əksəriyyəti 3-cü ölkələr vasitəsi ilə maliyyələşməyə keçib
“Təssüf ki, real vəziyyət belədir. Azərbaycanda QHT-lərin tam əksəriyyəti 3-cü ölkələr vasitəsi ilə maliyyələşməyə keçib”.
12 İyul 2016 12:45 Sosial"Təssüf ki, real vəziyyət belədir. Azərbaycanda QHT-lərin tam əksəriyyəti 3-cü ölkələr vasitəsi ilə maliyyələşməyə keçib". "OLAYLAR"-ın xəbərinə görə, bu fikirləri hüquq müdafiəçisi Sahib Məmmədov səsləndirib. O, bildirib ki, 3-cü ölkələr vasitəsi ilə maliyyələşmənin öz ağır şərtləri var: "Bir tərəfdən donorun bütün şərtlərini yerinə yetirməlidirlər. Əks halda donor onun barəsəində informasiyanı sızdırıb hökumətin əlinə fakt verə bilər. Belarusda belə nümunə var. Digər tərəfdən belələri bəzi hökumət dairələri ilə gizli sövdələşməyə getməli olurlar və aldıqlarının bir hissəsini məmurlarla bölüşmək məcburiyyətində qalırlar. Ən pisi də odur ki, ölkə çirkli pulların yuyulması üzrə aqreqat rolunu oynayır". Sahib Məmmədov deyib ki, 2013-cü ildən sonra ölkəyə daxil olan xarici qrantların həcmi bir neçə dəfə artsa da, hökumətin bunun üzərində rəsmi nəzarəti tam itib: "Belə maliyyələşmə vətəndaş cəmiyyətini tam məhv edir. Ölkədə təsir agentlərinin, ayrı-ayrı çirkin məqsədi olan təsisatların ifşaedicilərinin sayını artırır".