Mədəniyyət və Turizm Nazirliyi 13 beynəlxalq turizm sərgisində iştirak edib

2016-cı ilin birinci yarımilliyi ərzində Mədəniyyət və Turizm Nazirliyinin iştirakı ilə 13 beynəlxalq turizm sərgisində ölkəmizə məxsus milli stend quraşdırılıb.

2016-cı ilin birinci yarımilliyi ərzində Mədəniyyət və Turizm Nazirliyinin iştirakı ilə 13 beynəlxalq turizm sərgisində ölkəmizə məxsus milli stend quraşdırılıb. Nazirliyin mətbuat xidmətindən "OLAYLAR"-a bildirilib ki, sərgilərdə Nazirliklə yanaşı 30-dan artıq şirkət də iştiraka cəlb edilib. Bundan əlavə Nazirliyin həmtəşkilatçılığı ilə Azərbaycan Konqreslər Bürosu və Azərbaycan Sağlamlıq və Termal Turizminə Dəstək İctimai Birliyi tərəfindən bir sıra beynəlxalq sərgilərdə də iştirak təmin edilib. Belə ki, ötən müddət ərzində Azərbaycanın Bakı şəhərində keçirilən "AİTF", Türkiyənin İstanbul şəhərində keçirilən "EMİTT", İranın Tehran şəhərində keçirilən "HT&T", İtaliyanın Milan şəhərində keçirilən "BİT", Almaniyanın Berlin şəhərində keçirilən "İTB Berlin" və Frankfurt şəhərində keçirilən "İMEX", Rusiyanın Moskva şəhərində keçirilən "MİTT", Çinin Pekin şəhərində keçirilən "COTTM", BƏƏ-nin Dubay Əmirliyində keçirilən "ATM", Koreyanın Seul şəhərində keçirilən "KOTFA", ABŞ-ın Nyu-York şəhərində keçirilən "New York Times Travel Show", Qazaxıstanın Almatı şəhərində keçirilən "KİTF" və "KİHE" kimi beynəlxalq turizm sərgilərində iştirak edib. Beynəlxalq turizm sərgilərində Nazirliyin sifarişi əsasında qurulan stendlərdə turizm sənayesi nümayəndələrinin iştirakı ilə bağlı nümunəvi müqavilə forması tərtib edilib və 30-dan yerli turizm şirkəti ilə sərgilərdə iştirakla bağlı müqavilə imzalanıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00