İşğal olunmuş ərazilərdəki tarix və mədəniyyət abidələri xarici ölkələrdə təbliğ edilir

“Mərhəmət” Kimsəsizlərə Yardım İctimai Birliyi Mədəniyyət və Turizm Nazirliyinin maliyyə dəstəyi ilə “Azərbaycanın İşğal olunmuş ərazilərindəki tarix və mədəniyyət abidələrinin xarici ölkələrdə təbliği” layihəsi çərçivəsində, Türkiyənin İstanbul və Ankara və Gürcüstanın Tbilisi şəhərində tədbirlər keçirib.

"Mərhəmət" Kimsəsizlərə Yardım İctimai Birliyi Mədəniyyət və Turizm Nazirliyinin maliyyə dəstəyi ilə "Azərbaycanın İşğal olunmuş ərazilərindəki tarix və mədəniyyət abidələrinin xarici ölkələrdə təbliği" layihəsi çərçivəsində, Türkiyənin İstanbul və Ankara və Gürcüstanın Tbilisi şəhərində tədbirlər keçirib. İctimai Birlikdən "OLAYLAR"-a verilən məlumata görə, tədbirlərdə hər üç ölkənin milli dəyərlərin təbliği üzrə araşdırmaçı-ekspertləri, tarixçilər və Mədəniyyət və Turizm Nazirliyinin nümayəndələri iştirak ediblər. Mövzu haqqında qonaqlara ətraflı məlumat verilib, Azərbaycanın işğal altında olan ərazilərində abidələrin ermənilər tərəfindən dağıdılması ilə bağlı faktlar diqqətə çatdırılıb. Həmçinin, Mədəniyyət və Turizm Nazirliyinin maliyyə dəstəyi ilə hazırlanmış, işğal altında olan tarixi abidələrimiz və erməni vandalizmi

haqında video-çarx nümayiş olunub. Sonda isə əməkdaşlıq edən təşkilatlar işğal altında olan abidələrlə bağlı UNESKO-ya ünvanlanmış bəyanat qəbul ediblər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00