Binəqədidə seminar-müşavirə keçirilib

Binəqədi Rayon İcra Hakimiyyəti ilə Binəqədi bələdiyyəsi arasında “Səmərəli əməkdaşlıq və fəaliyyətin əlaqələndirilməsində yeni perspektivlər” adlı seminar- müşavirə keçirilib.

Binəqədi Rayon İcra Hakimiyyəti ilə Binəqədi bələdiyyəsi arasında "Səmərəli əməkdaşlıq və fəaliyyətin əlaqələndirilməsində yeni perspektivlər" adlı seminar- müşavirə keçirilib. "OLAYLAR"-ın xəbərinə görə, Binəqədi Rayon İcra Hakimiyyətində təcrübə keçən ASAN Könüllülərinin də iştirak etdiyi tədbirdə "Multikulturalizm ili" çərçivəsində dini radikalizm və ektremizmə qarşı effektiv tədbirlərin həyata keçirilməsi, PR və mətbuatla iş, rayon ərazisində fəaliyyət göstərən idarə, müəssisə, təşkilatlarla işin koordinasiyalı qurulması və gənclərin asudə vaxtlarını səmərəli təşkili, sosial layihələrin keçirilməsi istiqamətində qarşılıqlı fikir mübadiləsi aparılıb. Hər iki tərəf arasında İctiami-siyasi və humanitar məsələlər sahəsində o cümlədən, təhsil, məktəbəqədər təhsil, səhiyyə, din, mədəniyyət, KİV-lə əməkdaşlıq, sosial şəbəkələrlə işin təkmilləşdirilməsi və eyni zamanda sosial layihələrin icra edilməsi sahəsində müzakirələr aparılıb. Müzakirələr zamanı bir sıra mühüm təkliflər irəli sürüldü və həmin təkliflərdən ibarət tədbirlər planının hazırlanması tövsiyyə olunub. Tədbir zamanı Binəqədi bələdiyyəsində yeni yaradılmış İctimai-humanitar sektor haqqında məlumat verilib, ona rəhbərlik edəcək bələdiyyə qulluqçusu İradə Mustafayeva Rayon İcra Hakimiyyətinin məsul əməkdaşlarına təqdim edilərək, Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsi tərəfindən Binəqədi bələdiyyəsinin İctimai-siyasi sektoruna göstəriləcək metodoloji köməklik məsələləri müzakirə olunub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00