Ukrayna prezidenti iyulun 13-14-də Azərbaycanda səfərdə olacaq - RƏSMİ
Ukrayna prezidenti Pyotr Poroşenko iyulun 13-14-də Azərbaycanda rəsmi səfərdə olacaq.
11 İyul 2016 17:44 SosialUkrayna prezidenti Pyotr Poroşenko iyulun 13-14-də Azərbaycanda rəsmi səfərdə olacaq.
Bu barədə Ukrayna prezidentinin rəsmi saytında məlumat verilib. Bildirilir ki, səfər zamanı Ukrayna və Azərbaycan Prezidentləri Şurasının 5-ci iclası keçiriləcək.
Səfər çərçivəsində Ukrayna-Azərbaycan əlaqələrin müxtəlif sahələrdə inkişafına yönəlmiş ikitərəfli sənədlərin imzalanması gözlənilir.
Səfər proqramına Ukrayna prezidentinin Azərbaycanın baş naziri Artur Rasizadə və parlamentin spikeri Oqtay Əsədovla görüşü də daxildir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00