Bakı Vağzalının təmiri ilin sonunda başa çatacaq

“Azərbaycan Dəmir Yolları» Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanov Bakı-sərnişin stansiyasında aparılan yenidənqurma işləri ilə tanış olub. Bu haqda “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin mətbuat katibliyinin rəisi Nadir Əzməmmədov məlumat verib.

"Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanov Bakı-sərnişin stansiyasında aparılan yenidənqurma işləri ilə tanış olub. Bu haqda "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin mətbuat katibliyinin rəisi Nadir Əzməmmədov məlumat verib. Xatırladaq ki, paytaxtın giriş qapısı sayılan Bakı sərnişin sərnişin stansiyasının yüksək səviyyədə, müasir dövrün tələblərinə cavab verməsi üçün burada yenidənqurma işlərinin görülməsinə ehtiyac yarandığından 2015-ci ilin mart ayında əsaslı təmir işlərinə start verilib. Vağzalın əsas binasının fasadı, memarlıq üslubunun saxlanması şərtilə, yenidən qurulacaq, vağzal binasının daxilində tam yenidənqurma işləri görüləcəkdir. Bilet kassaları, saxlama kameraları, sərnişin platformaları müasir üslubda əsaslı təmir olunacaq, eskalatorlar yenisi ilə əvəzlənəcək. Hazırda stansiyada tunellərin və beşinci platformanın tikintisi davam edir. Sürətlə davam edən əsaslı təmir işlərinin 2016-ci ilin sonunda başa çatması nəzərdə tutulur. "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanov vağzalda aparılan təmir-tikinti işlərinə baxış keçirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00