GİN zona müşavirəsi keçirəcək
Gənclər və İdman Nazirliyinin yerli qurumlarında çalışan dövlət qulluqçularının xidməti fəaliyyətinin qiymətləndirilməsinə hazırlıq məqsədilə Masallı rayonunda zona müşavirəsi keçiriləcək.
11 İyul 2016 17:01 SosialGənclər və İdman Nazirliyinin yerli qurumlarında çalışan dövlət qulluqçularının xidməti fəaliyyətinin qiymətləndirilməsinə hazırlıq məqsədilə Masallı rayonunda zona müşavirəsi keçiriləcək. "OLAYLAR"-ın GİN-in mətbuat xidmətinə istinadən erdiyi xəbərə görə, iyulun 12-də rayon "Gənclər mərkəzi" ndə baş tutacaq seminar müşavirədə nazirliyin məsul əməkdaşları Namiq Abdullayev və Gülgəz Tağıyeva iştirak edəcək. Zona müşavirəsi "Dövlət qulluqçusunun xidməti fəaliyyətinin qiymətləndirilməsi Qaydaları"ına həsr olunub. Zona seminar müşavirəsində Astara, Yardımlı, Lerik, Masallı, Cəlilabad, Biləsuvar, Salyan, Hacıqabul, Saatlı rayon və Lənkəran, Şirvan şəhər gənclər və idman idarələrinin əməkdaşları iştirak edəcəklər.