Ramil Usubovdan yeni təyinat
Daxili işlər naziri general-polkovnik Ramil Usubovun əmri ilə Daşkəsən Rayon Polis Şöbəsinin rəisi Elsevər Aslanov vəzifəsindən azad olunub. Nazirin digər əmri ilə Elsevər Aslanov Ağstafa Rayon Polis Şöbəsinə rəis təyin olunub. Daşkəsən RPŞ-yə hələlik rəis təyinatı yoxdur.
11 İyul 2016 15:29 SosialDaxili işlər naziri general-polkovnik Ramil Usubovun əmri ilə Daşkəsən Rayon Polis Şöbəsinin rəisi Elsevər Aslanov vəzifəsindən azad olunub. Nazirin digər əmri ilə Elsevər Aslanov Ağstafa Rayon Polis Şöbəsinə rəis təyin olunub. Daşkəsən RPŞ-yə hələlik rəis təyinatı yoxdur.
Qeyd edək ki, Elsevər Aslanov buna qədər Mingəçevir Şəhər Polis Şöbəsində müavin və Beyləqan RPŞ-nin rəisi vəzifələrində çalşıb. O, 2012-ci ildən Daşkəsən polisinə rəhbərlik edir.Ağstafa Rayon Polis Şöbəsinin sabiq rəisi Yaşar Nuriyev isə bir müddət əvvəl Nəqliyyatda Baş Polis İdarəsinin Dəmiryol Xətt Polisinə rəis təyin olunub.