Aprel döyüşləri göstərdi ki, bu irəliləyiş onsuz da olacaq

Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Bakıya İrəvana səfərindən dərhal sonra deyil də, məhz indi gəlməsiylə bağlı xeyli şərhlər var.

Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Bakıya İrəvana səfərindən dərhal sonra deyil də, məhz indi gəlməsiylə bağlı xeyli şərhlər var. Həmin şərhlərdə səbəblər fərqli göstərilsə də, əksəriyyətində bunun arxasında Rusiyanın öz istəyinin durduğu vurğulanır". "OLAYLAR"-ın xəbərinə görə, bu fikirləri millət vəkili Sahib Alıyev səsləndiib. O, bildirib ki, səfər edən Rusiyanın xarci işlər naziridir. Ancaq onun səfərinin məhz NATO-nun Vaşinqtondakı sammitindən sonra baş tutması faktı onu göstərir ki, burada daha çox Azərbycanın istəyi nəzərə alınıb: "Cənab Prezidentin yeritdiyi xarici siyasətə dərindən diqqət yetirilsə görərik ki, o, mühüm əhəmiyyətli danışıqlar öncəsi və sonrası regionda maraqları olan böyük güclərin hər birinin proseslərə təsir imkanlarıyla yanaşı, mövqelərində də nələrinsə dəyişib-dəyişmədiyini və yaxud da nə qədər dəyişdiyini nəzərə alır. Eyni zamanda bizim maraqlarımıza cavab verən dəyişikliklərin olmasına da səy göstərilir. Ona görə də həmin güclərin ayrı-ayrı yetkililəriylə görüşlər keçirir, məsləhətləşmələr aparır. Bunsuz balans qurmaq çətindir. Balans

nədir? Bizdə bəzən elə başa düşülür ki, balansa sadəcə böyük güclərin hamısından eyni məsafədə durmaq və yaxud da hamısına eyni dərəcədə xoş gəlməyə çalışmaqdır. Xeyr, balans həm də odur ki,həmin güclərin toqquşan maraqlarından öz maraqlarını qorumaq və yaxud da nəyisə diqtə etmək üçün faydalana biləsən. Beləliklə, NATO-nun Varşava sammiti arxada qaldı. Həmin sammitdə Ukrayna, Gürcüstan və Moldova ilə yanaşı Azərbaycanın da torpaq bütünlüyü dəstəkləndi. Ancaq məsələ burasındadır ki, Azərbaycan sözü gedən həmin 3 dövlətdən fərqli olaraq Rusiya ilə körpüləri yandırmağa çalışmayıb, əksinə dərinləşdirməsə də, əlaqələri daha da genişləndirib. Kiminsə diqtəsinə uyub da Moskvanı qıcıqlandıracaq hərəkətlərə yol verməyib. Kremldəkilərin bunu nəzərə almaları lazım. Birincisi ona görə ki, belədə qərbdəkilərin təqdim etdikləri kimi Rusiyanın əlindən təkcə pislik yox, həm də yaxşılıq gəldiyi, necə pis davranış qarşılığında pis davranış ortaya qoyursa, yaxşıyla da yaxşı davrandığı üzə çıxa bilər. Bu da ən azından həmin dövlətin yumşaq güc potensialını artıracaq. Qonşuları Rusiya ilə körpü yandırmaq yox, körpüləri möhkəmlətmək haqda düşünəcək. İkincisi, rəsmi Bakının etdiyi eyhamlardan da aydın görünür, Azərbaycanla Rusiya arasında əlaqələr təkcə genişlənməklə qalmayıb, həm də o zaman dərinləşə bilər ki, Dağlıq Qarabağ probleminin həlli yolunda əhəmiyyətli irəliləyişlər olsun". Millət vəkilinin sözlərinə görə, aprel döyüşləri göstərdi ki, bu irəliləyiş onsuz da olacaq: "Azərbaycanın istəyi bunun itkisiz və qansız-qadasız baş verməsidir. Bir sözlə, indi vaxtdır. Prezident İlham Əliyevin bir sözü var: "Azərbaycan heç vaxt indiki kimi güclü olmayıb". Bu həqiqətdir. Ancaq başqa bir həqiqət də var. O da budur ki, Rusiyanın Dağlıq Qarabağ probleminin həllinə təsir imkanı və demək, regionda möhkəmlənmək şansı da daha indiki kimi yüksək olmayacaq. Geosiasi və geoiqtisadi proseslər məhz bunu deyir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00