Azərbaycanın iqtisadi modeli öz bəhrəsini verməkdədir
Azərbaycanda həyata keçirilən daxili və xarici siyasət, aparılan iqtisadi islahatlar ölkəmizin beynəlxalq nüfuzunun artması ilə nəticələnib.
11 İyul 2016 14:33 Sosialİlham Əliyev: "2016-cı il tarixdə dərin islahatlar dövrü kimi qalacaq"
Azərbaycanda həyata keçirilən daxili və xarici siyasət, aparılan iqtisadi islahatlar ölkəmizin beynəlxalq nüfuzunun artması ilə nəticələnib. Xüsusilə, cari ildə Azərbaycanda həyata keçirilən iqtisadi islahatlar beynəlxalq aləm tərəfindən heyrətlə qarşılanıb. Hətta iqtisadiyyatın Azərbaycan modeli bər sıra ölkələr üçün nümunə hesab olunur. Təkcə siyasi və iqtisadi sahədə deyil, eləcə də insan hüquqlarının müdafiəsi, vətəndaşların fifah halının artırılması, eləcə də social sahədə həyata keçirilən tədbirlər artıq öz bəhrəsini verməkdədir. Məsələn, birbaşa vətəndaşların rahatlığına xidmət edən "ASAN" Xidmət modelə artıq Azərbaycanın brendinə çevrilib. Bir sıra ölkələr bu mexanizmin tətbiqinə üstünlük verirlər. Qısası, Prezident İlham Əliyevin söylədiyi kimi "2016-cı il tarixdə dərin islahatlar dövrü kimi qalacaq". O da etiraf edilməlidir ki, Azərbaycanın beynəlxalq nüfuzunun artması heç də dünya ölkələri tərəfindən biganəliklə qatrşılanmır. Düzdür, bəzi Avropa ölkələri tərəfindən Azərbaycanın əldə etdiyi uğurlar qısqanclıqla qarşılansa da, əksər inkişaf etmiş dövlətlər ikitərəfli, bərabərhüquqlu əməkdaşlığa üstünlük verirlər. Elə bu səbədən də Azərbaycanla siyasi, iqtisadi, hətta humanitar sahədə əməkdaşlığa maraq göstərilir. Təsadüfi deyil ki, son illər ərzində Azərbaycan ən nüfuzlu beynəlxalq tədbirlərə ev sahibliyi edib. Demək olar ki, ölkəmizdə nüfuzlu beynəlxalq tədbirlərin, o cümlədən idman yarışlarının keçirilməsi ənənə halını alıb. Ölkəmiz Avropanın enerji təhlükəsizliyində əhəmiyyətli dərəcədə rol oynayır. Artıq Azərbaycan dünyanın siyasi problemlərinin həll olunduğu məkana çevrilib. Qürurverici haldır ki, dünyanın ən mötəbər tədbirlərində Azərbaycanın dövlət bayrağı dalğalanmaqla yanaşı, ölkə başçımızın da iştirakı təmin olunur. Bunun isə Azərbaycanın xarici siyasətinin uğuru kimi dəyərləndirilməsi yerinə düşərdi. İyulun 10-da Azərbaycan prezidenti İlham Əliyev Nazirlər Kabinetinin 2016-cı ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasda deyib ki, bu ilin altı ayında ölkəmizin xarici siyasətinin uğurları kifayət qədər olub. Dövlət başçısı Azərbaycanın xarici siyasətdə fəal olduğunu, 10-dan çox dövlət və hökumət başçısının Azərbaycana səfərə gəldiyini, özünün də xaricə səfərlərinin beynəlxalq əlaqələrin daha da möhkəmləndirilməsinə xidmət etdiyini deyib. Etiraf edilməlidir ki, son illərdə ölkəmizin beynəlxalq əlaqələri daha da genişlənib, bir sıra ölkələrlə ikitərəfli əməkdaşlıq prespektivləri artıb. Dövlət başçısının xarici ölkələrə səfərləri isə gəmin dövlətlərlə əməkdaşlıq imkanlarını daha da genişləndirib. Təsadüfi deyil ki, Azərbaycan dünyanın 150-yə qədər ölkəsi ilə ticarət dövriyyəsini davam etdirir, beynəlxalq təşkilatlara sədrlik etdiyi dövrdə isə siyasi problremlərin həllinə öz töhvəsini verib. Müşavirədəki çıxışında iqtisadi inkişaf proseslərindən də danışan president İlham Əliyev qeyd edib ki, cari ilin altı ayında ümumi daxili məhsulun azalmasına baxmayaraq, sənaye və kənd təsərrüfatında, o cümlədən qeyri-neft sektorunda artımın müşahidə olunduğunu deyib. Bildirib ki, ötən 6 ayda ölkə iqtisadiyyatına 6,3 milyard dollar sərmayə qoyulub və xarici investorlar üçün Azərbaycan cəlbedici ölkə olaraq qalır. Onun sözlərinə görə, ilin birinci yarısında 78 min daimi iş yeri açılıb, sosial tədbirlərin həyata keçirilməsi istiqamətində mühüm işlər görülüb. "2016-cı il tarixdə dərin islahatlar dövrü kimi qalacaq"- deyən dövlət başçısı strateji enerji və nəqliyyat layihələrinin uğurla icrası istiqamətində tədbirlərin davam etdirildiyini bildirib. Xatırladaq ki, dövlət başçısı dəfələrlə çıxışında ölkədə şaxələndirilmiş iqtisadi siyasətin həyata keçirildiyini bəyan etmişdi. İndi iqtisadiyyatın bütün sahələrində əldə edilmiş naliyyətlər bu siyasətin düzgün və yerində olduğunu deməyə əsas verir. Ancaq etiraf ediloməlidir ki, hələ qarşıda görülməsinə ehtiyac olan kifayət qədər işlər mövcuddur. Hələ qarşıda çoxlu sayda emal müəssisənin açılmasına, yeni iş yerlərinin yaradılmasına ehtiyac duyulur. Elə bu səbədən də prezident yekun nitqində prioritet istiqamətlər üzrə qarşıda duran vəzifələrin yerinə yetirilməsinin vacibliyini vurğulayıb. Dövlət başçısı ixracyönümlü iri sənaye müəssisələrinin yaradılması, kiçik və orta sahibkarlığın gücləndirilməsi ilə bağlı tapşırıqlarını verib və deyib ki, bu il ölkədə dərman istehsalına başlanması, sənaye mərkəzlərinin yaradılması istiqamətində, həmçinin Mingəçevirdə yüngül sənaye kompleksinin təməlinin qoyulması, hər bir rayonun sənaye potensialının inkişaf etdirilməsi ilə bağlı işlər davam etdirilir. Azərbaycanda xalçaçılıq sənayesinin, baramaçılığın, pambıqçılığın və tütünçülüyün inkişafına dövlət dəstəyinin bundan sonra da davam etdirilməsi, zəruri ərzaq məhsulları ilə təminatın, ət və süd məhsullarına olan tələbatın ödənilməsi, meliorativ tədbirlərin davam etdirilməsi, torpaqlardan səmərəli istifadə olunması, o cümlədən turizm sənayesinin yaradılması istiqamətində görülən tədbirlərin davamlı olması ilə bağlı tapşırıqlarını verən dövlət başçısı son illərdə Bakıda keçirilən beynəlxalq tədbirlərin, həmçinin Formula-1 Avropa Qran-prisinin ölkəmizdə turizmin inkişafına ciddi dəstək verdiyini bildirib. Bundan əlavə, prezident "ASAN xidmət"in fəaliyyətinə toxunaraq artıq bu quruma yarandığı vaxtdan indiyə qədər 10 milyon müraciət edildiyini, ölkədə 9 "ASAN xidmət" mərkəzinin fəaliyyət göstərdiyini, bu il isə Masallı və Qəbələdə yeni mərkəzlərin yaradılacağını diqqətə çatdırıb. Əsassız yoxlamaların azaldılması ilə bağlı verdiyi tapşırıqların müvəffəqiyyətlə icra olunduğunu deyən prezident 2016-cı ilin ikinci yarısının da uğurlu olacağına əminliyini ifadə edib. Göründüyü kimi dövlət başçısı qarşıdakı altı ay ərzində görüləcək işlərin qısa siyahısını açıqlayıb. Təkcə bu tədbirlərin nəzərdən keçirilməsi deməyə əsas verir ki, Azərbaycan vətəndaşının rifah halının yüksəldilməsi daim dövlət başçısının diqqətindədir.
Alim