SOCAR Avro-2016 final oyunu ərəfəsində Parisdə qəbul təşkil edib

Futbol üzrə Avropa çempionatının final oyunu ərəfəsində Parisdə Azərbaycan Mədəniyyət Mərkəzində SOCAR-ın təşkilatçılığı ilə qəbul keçirilib.

Futbol üzrə Avropa çempionatının final oyunu ərəfəsində Parisdə Azərbaycan Mədəniyyət Mərkəzində SOCAR-ın təşkilatçılığı ilə qəbul keçirilib. "OLAYLAR"-ın SOCAR-a istinadən verdiyi xəbərə görə, mərasimdə şirklətin prezidenti Rövnəq Abdullayev, sərmayələr və marketinq üzrə vitse-prezidenti Elşad Nəsirov, Azərbaycan Respublikasının Fransadakı səfiri Elçin Əmirbəyov, Parisin 7-ci rayonunun meri Raşida Dati, Fransa Şəhər, Gənclər və İdman Nazirliyinin idman üzrə dövlət katibi Tyeri Brayar, FİFA-nın prezidenti Ciani İnfantino, UEFA və müxtəlif ölkələrin futbol federasiyalarının rəhbərləri, digər rəsmi şəxslər, eləcə də dünya futbol ulduzları və futbol ictimaiyyətinin təmsilçiləri iştirak ediblər. SOCAR-ın prezidenti Rövnəq Abdullayev tədbirdə çıxış edərək, şirkətin üzərinə düşən vəzifənin öhdəsindən müvəffəqiyyətlə gəldiyini diqqətə çatdırıb, Avropa Kuboku yarışlarının təşkilinə görə UEFA menecerlərinə, eləcə də Fransa hökumətinə təşəkkürünü bildrib. Parisin 7-ci rayonunun meri Raşida Dati sponsorluğuna və tərəfdaşlığına görə SOCAR-a təşəkkür edib. O, qeyd edib ki, Azərbaycan və Fransa arasında yüksək səviyyəli tarixi, dərin və möhkəm dostluq əlaqələri mövcuddur və bu münasibətlər daha da inkişaf edir. Sonda FİFA-nın prezidenti Ciani İnfantino Avropa Kuboku yarışlarının təşkilatçılarına və SOCAR-a tərəfdaşlığa görə təşəkkür edib. O, Parisdə Azərbaycan qonaqpərvərliyinin şahidi olan mərasim iştirakçılarını 2020-ci ildə ölkəmizdə keçiriləcək "Avro-2020" futbol yarışlarına dəvət edib, onları əmin edib ki, Bakıda özlərini Fransadakı kimi hiss edəcəklər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00