Elçin Quliyev qəbul keçirəcək

İyul ayının 21-də saat 10:00-da Xudat Sərhəd Dəstəsində Dövlət Sərhəd Xidmətinin rəisi - Sərhəd Qoşunlarının Komandanı general-polkovnik Elçin Quliyev tərəfindən Quba, Qusar, Xaçmaz və Şabran rayon sakinlərinin qəbulu keçiriləcək.

İyul ayının 21-də saat 10:00-da Xudat Sərhəd Dəstəsində Dövlət Sərhəd Xidmətinin rəisi - Sərhəd Qoşunlarının Komandanı general-polkovnik Elçin Quliyev tərəfindən Quba, Qusar, Xaçmaz və Şabran rayon sakinlərinin qəbulu keçiriləcək. Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən "Olaylar"a verilən məlumata görə, qəbulda iştirak etmək istəyənlərdən xahiş olunur ki, onları maraqlandıran sualları iyul ayının 18-dək Dövlət Sərhəd Xidmətinin www.dsx.gov.az adlı rəsmi saytında yerləşdirsinlər. Qeydiyyat üçün 012-498-01-55 və 012-498-01-69 nömrəli telefon¬larla əlaqə saxlanılması və ya Xudat Sərhəd Dəstəsinə müraciət edilməsi xahiş olunur.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00