Azad Rəhimov Göygöldə vətəndaşları qəbul edəcək
Gənclər və idman naziri Azad Rəhimov iyulun 18-də Göygöl rayonunda vətəndaşları qəbul edəcək.
11 İyul 2016 13:38 SosialGənclər və idman naziri Azad Rəhimov iyulun 18-də Göygöl rayonunda vətəndaşları qəbul edəcək. Bu barədə məlumat "OLAYLAR"-a nazirliyin mətbuat katibliyindən daxil olub. Bildirilib ki, qəbulda Gəncə, Naftalan, Ağstafa, Daşkəsən, Goranboy, Göygöl, Gədəbəy, Qazax, Samux, Şəmkir, Tovuz rayon və şəhər sakinləri iştirak edəcəklər. Qəbul Heydər Əliyev Mərkəzində baş tutacaq.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00