Hakim partiyadan nümunəvi addım
Yeni Azərbaycan Partiyası Azərbaycan Respublikası Silahlı Qüvvələrinə ümumxalq inamının və dəstəyinin əyani ifadəsi olaraq növbəti dəstək aksiyasını həyata keçirmək barədə qərar qəbul etmişdir.
11 İyul 2016 13:37 SosialYAP bir qrup əsgər və zabitin ailə üzvlərinin yay istirahətini təşkil edir
Yeni Azərbaycan Partiyası Azərbaycan Respublikası Silahlı Qüvvələrinə ümumxalq inamının və dəstəyinin əyani ifadəsi olaraq növbəti dəstək aksiyasını həyata keçirmək barədə qərar qəbul etmişdir. "OLAYLAR"-ın partiyanın mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, Yeni Azərbaycan Partiyasının təşəbbüsü və vəsaiti hesabına Azərbaycan Respublikası Müdafiə Nazirliyinin bir qrup əsgər və zabitinin ailə üzvləri ilə birlikdə yay istirahətinin təşkili kampaniyasına start verilib. Bu ilin aprelində erməni işğalçıları tərəfindən törədilən azğın təxribatların qarşısını igidliklə almış və düşmən həmlələrinə layiqli cavab vermiş Silahlı Qüvvələrin bir qrup əsgər və zabitinin ailə üzvləri ilə birlikdə yay istirahəti Lənkəran rayonu ərazisində yerləşən "Palıdlı sahil" istirahət mərkəzində təşkil edilib. Bu kampaniya mərhələli şəkildə yay mövsümünün sonuna qədər davam edəcəkdir.