Təhsil naziri Qaxda vətəndaşları qəbul edəcək
Təhsil naziri Mikayıl Cabbarov iyulun 19-da Qax şəhərindəki Heydər Əliyev Mərkəzində mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2016-cı ilin iyul ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq vətəndaşları qəbul edəcək.
11 İyul 2016 13:36 SosialTəhsil naziri Mikayıl Cabbarov iyulun 19-da Qax şəhərindəki Heydər Əliyev Mərkəzində mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2016-cı ilin iyul ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq vətəndaşları qəbul edəcək. "OLAYLAR"-ın nazirliyə istinadən verdiyi xəbərə görə, qəbulda Balakən, Qax, Zaqatala, Qəbələ, Oğuz və Şəki rayon sakinləri iştirak edəcək. Qəbulda Balakən, Qax, Zaqatala, Qəbələ, Oğuz və Şəki rayonlarında müvəqqəti məskunlaşmış məcburi köçkünlər də iştirak edə bilərlər. Qəbula gəlmək istəyən vətəndaşlar 11, 12, 13, 14, 15 iyul 2016-cı il tarixlərində Təhsil Nazirliyinin Telefon Məlumat Mərkəzinin 146 nömrəli telefonuna ("Qaynar xətt" xidməti) və ya http://edu.gov.az/az/contacts/request elektron poçt ünvanına müraciət edərək qeydiyyatdan keçə bilərlər.