Elçin Hüseynbəyli yazır... Şabranda iki ədəbi hadisə

Son bir ayda, dostlar, Şabran rayonunda iki mühüm hadisə baş verib və hər iki hadisə Azərbaycan Yazıçılar Birliyi ilə sıx bağlıdır: birincisi, rayonda hər il keçirilən Xaqani Poeziya Günlərinə hərtəfli dəstək məqsədilə Azərbaycan Yazıçılar Birliyində eyni adlı komissiya yaradılıb və bəndəniz ona sədr seçilib, ikincisi, rayonda AYB-nin Şabran bölməsi yaradılıb və onun rəhbərliyinə istedadlı yazıçımız Aydın Tağıyev təyin edilib.

Elçin Hüseynbəyli

Şabranda iki ədəbi hadisə

Son bir ayda, dostlar, Şabran rayonunda iki mühüm hadisə baş verib və hər iki hadisə Azərbaycan Yazıçılar Birliyi ilə sıx bağlıdır: birincisi, rayonda hər il keçirilən Xaqani Poeziya Günlərinə hərtəfli dəstək məqsədilə Azərbaycan Yazıçılar Birliyində eyni adlı komissiya yaradılıb və bəndəniz ona sədr seçilib, ikincisi, rayonda AYB-nin Şabran bölməsi yaradılıb və onun rəhbərliyinə istedadlı yazıçımız Aydın Tağıyev təyin edilib.

Bunları niyə yazıram? Bəziləri zaman-zaman deyirlər ki, AYB-də heç bir iş görülmür, bu qurumun işi-gücü yubilyelər və kitab təqdimatı keçirməkdən ibarətdir. Bu sözləri deyənlərə xatırladım ki, heç bir yerdə ideal qurum yoxdu. O biri tərəfdən də deyim ki, AYB bölmələrinin yerlərdə yaradılması Birliyimizin ədəbiyyatın inkişafı istiqamətində apardığı siyasətə tam uyğundur. Konkret Şabran məsələsinə gələndə isə deməliyəm ki, bu rayonda 50-dən artıq qələm adamı fəaliyyət göstərir ki, onlardan 10-nu Birliyimizin üzvüdür və bu bölməyə daha iki rayon - Siyəzən və Xızı da daxildir. İndiyə qədər bu rayonların yazarlarını AYB-nin Quba bölməsi birləşdirirdi, amma kompaktlığı təmin etmək, yazarlar arasında yaradıcılıq əlaqələrini genişləndirmək və ədəbiyyatla bağlı tədbirlərin dinamikliyini artırmaq üçün belə bir addım atdıq.

Birinci ordan başlayaq ki, Xaqani Poeziya Günləri Şabranda beşinci dəfə keçirildi və ilk dəfə olaraq bu tədbirə AYB rəsmi dəstək verdi. Sədr Anar müəllim başda olmaqla samballı nümayəndə heyəti bu poeziya bayramına qatıldı.

AYB Şabran bölməsinin yaradılması da rayonda təntənəylə qeyd olundu. Xaqani Poeziya evində keçirilən təqdimatda Bakıdan gəlmiş yazıçılarımızla yanaşı, rayon ədəbi ictimaiyyətinin nümayəndələri və Şabran rayon İcra Hakimiyyətinin rəhbərlyi iştirak etdilər...

Bəndəniz AYB Şabran bölməsinin yaradılması barədə Katibliyin qərarını elan etdikdən sonra bildirdi ki, Şabran bölməsinin yaradılması

təsadüfi deyil. Çünki bu rayon ədəbiyyatsevərliyilə məşhurdur və burada çox sayda yazıçı və şair yaşayır. Rayonda eyni zamanda Xaqani Poeziya Klubu və Şabran Ədəbi Dərnəyi fəaliyyət göstərir...

AYB Şabran bölməsinin rəhbəri Aydın Tağıyev ona göstərilən etimada görə AYB rəhbərliyinə və Şabran Rayon İcra Hakimiyyətinin başçısı Novruz Novruzova minnətdarlığını bildirdi və ona göstərilən etimadı doğruldacağına çalışacağını dedi.

Şabran rayon İH başçısı Novruz Novruzov rayonda AYB bölməsinin yaradılmasını əlamətdar tarixi hadisə kimi dəyərləndirdi və bildirdi ki, bölmənin normal fəaliyyəti üçün əlindən gələn köməyi edəcək və artıq bu gündən Şabran bölməsinin rahat fəaliyyəti üçün ofis ayrılmasına, mebel və lazımi avadanlıqlarla təchiz olunmasına müvafiq göstərişlər verib.

Tədbirdə çıxış edən yazıçı və şairlər də bölmənin yaradılmasını mühüm hadisə adlandırdılar və bu işdə əməyi keçən hər kəsə təşəkkür etdilər.

Heç şübhəsiz onu da deməliyəm ki, rayonda ədəbiyyata qayğı dövlətimizin mədəni siyasətinin bir hissəsidir və Şabran rayon İcra Hakimiyyətinin başçısı, yazıçı həmkarımız Novruz Nəcəfoğlu bu istiqamətdə səlist və düzgün iş aparır.

Şabranlı dostlarımızı hər iki mühüm hadisə münasibətilə bir daha təbrik edirəm...

İyul 2016

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00