Süni mayalanma mərkəzi müasir avadanlıqla təchiz edilib

Kənd Təsərrüfatı Nazirliyi Göygöl rayonunda Respublika Süni Mayalama Mərkəzinin (RSMM) yeni kompleksinin inşasını başa çatdırmaq üzrədir.

Kənd Təsərrüfatı Nazirliyi Göygöl rayonunda Respublika Süni Mayalama Mərkəzinin (RSMM) yeni kompleksinin inşasını başa çatdırmaq üzrədir. Bu barədə nazizlikdən "Olaylar"a verilən məlumata görə, mrkəzin layihələndirilməsində Türkiyə, Fransa, Almaniya və Hollandiyanın təcrübəsindən istifadə edilib. Bu olkələrdən dəvət edilmiş mütəxəssislər layihənin hazırlanmasında və inşaatın gedişində iştirak ediblər. İnşaat işləri və Mərkəzin funksional planı FAO-nun ekspertləri ilə müzakirə edilmiş və onların tövsiyələri nəzərə alınmışdır. RSMM respublikada qaramalın çoxaldılması üçün damazlıq materialına olan tələbatı tam qarşılıyacaq və yerli heyvan cinslərdindən istifadə etməklə yetişdirilmiş cinslərin də genetik imkanlarından istifadə etməyə şərait yaradacaq. RSMM həmçinin, təlim - təkmilləşdirmə mərkəzi kimi də fəaliyyət göstərəcək. Bunun üçün Mərkəzdə tədris otaqları, nümayiş sahəsi və təlim iştirakçılarının qalması üçün tədris mehmanxanası yaradılacaq. Hazırkı mərhələdə RSMM-in laboratoriyası, karantin izolyatoru və klinikası xüsusi təyinatlı avadanlıqlarla təchiz edilir. Laboratoriya avadanlıqları bu sahədə dünyada liderlik edən Fransanın "İMV technologies" şirkətinin istehsalıdır. Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin 30 iyun 2016-cı il tarixli Sərəncamı ilə ayrılmış 8,4 milyon manat bu kompleksinin tikintisinin tamamlanmasına, avadanlıq və qurğuların alınmasına və quraşdırılmasına sərf ediləcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00