
Qaydası çox sadədir: Belə ki, yeməkdən öncə 2 stəkan su içmək və yeməkdən sonra 2 saat ərzində su içməmək!
Gün ərzində hər dəfə yemək yeməzdən öncə nə az, nə də çox - düz 2 stəkan təmiz, lakin qaynadılmamış su içməlisiniz. 15-20 dəqiqə sonra isə rahat yeməyinizi yeyə bilərsiniz. Yeməkdən sonra isə 2 saat ərzində su içmək olmaz.

Gündəlik menyumuz belə ola bilər:
Səhər yeməyi: yuxudan duran kimi 2 st. su içirik. Sonra ürəyimiz istədiyi faydalı səhər yeməyini yeyirik. Yemək zamanı da içmirik. İçmək yalnız yeməkdən 2 saat sonra ola bilər.
Nahar: Nahardan əvvəl 2 st. su içib, yeməyimizi yeyirik və bir də 2 saat sonra eyni miqdarda su içirik.
Şam yeməyi: Bu yeməkdən öncə 1 stəkan da içə bilərsiniz. Amma məsləhətdir ki, 2 st. su içib, 15-20 dəqiqə sonra yeməyinizi yeyəsiniz.

Qeyd: Yeməkdən sonra 2 saat ərzində təkcə su içmək deyil, çayla şirniyyat, hər hansı desert və s. yemək də olmaz.
