Müəllimlərin iş yerinin dəyişdirilməsi üzrə test imtahanları başlayır
14 İyun 2016 13:30 SosialRespublikanın ümumi təhsil müəssisələrində və peşə liseylərində müddətsiz müqavilə ilə işləyən müəllimlərin iş yerinin bir rayondan (şəhərdən) digərinə dəyişdirilməsi üzrə müsabiqə çərçivəsində test imtahanları 16-17 iyun 2016-cı il tarixlərində keçiriləcək. "OLAYLAR"-ın xəbərinə görə, məlumatı nazirliyin mətbuat xidməti yayıb. Bildirilib ki,müsabiqədə iştirak üçün müraciət edən şəxslərdən 2107 nəfəri test imtahanı mərhələsinə dəvət olunub. Müsabiqədə iştirak üçün müraciət edənlər arasında ibtidai sinif, Azərbaycan dili və ədəbiyyat, ingilis dili müəllimləri üstünlük təşkil edir. İmtahanların keçirilmə yeri və tarixi barədə əlavə məlumat imtahan iştirakçılarının şəxsi səhifələrinə göndərilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00