“Kənd təsərrüfatı kooperasiyası haqqında” qanun qəbul edildi

Milli Məclisin növbədənkənar plenar iclasında "Kənd təsərrüfatı kooperasiyası haqqında" qanun layihəsi üçüncü oxunuşda müzakirəyə çıxarılıb. Qanun layihəsi barədə məlumat verən aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov deyib ki, qanun layihəsində artıq kənd təsərrüfatı kooperativlərinin 3 növü - istehsal, istehlak və istehsal-istehlak (qarışıq) kooperativlərinin fəaliyyət prinsiplərinə aydınlıq gətirilib. Kənd təsərrüfatı istehsalı kooperativi kənd təsərrüfatı məhsulları istehsalçıları olan fiziki şəxslərin gəlir əldə etmək məqsədi ilə şəxsi əməyi ilə iştirakına əsaslanan birgə istehsalat və digər təsərrüfat fəaliyyəti yerinə yetirmək üçün birləşməsi ilə yaradılan kommersiya hüquqi şəxsdir. Qanun layihəsi səsverməyə çıxarılaraq qəbul edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00