Gənclərdə Qərbi Azərbaycan haqqında məlumatlar artırılır

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə "Bizim Nəsil" Gənclərin Regional İnkişaf Assosiasiyası ictimai birliyi tərəfindən "İrəvan  - bizim qala. 3-cü mərhələ" adlı layihə icra edilib. "OLAYLAR"-a daxil olan məlumata görə, Ağdaş, Goranboy və Samux rayonunda həyata keçirilən layihə gənclər tərəfindən maraqla qarşılanıb. Layihənin rəhbəri Nurəddin Mehdiyev qeyd edib ki, məqsəd yeniyetmə və gənclərin Azərbaycan tarixi, tarixi torpaqlarımız olan Qərbi Azərbaycan - İrəvan haqqında məlumatlılığının artırılması, yalan erməni təbliğatına qarşı gənc nəsil tərəfindən töhfə verilməsi, tarixi həqiqətlərin İnternet məkanında tanıdılmasına xidmət etmək, gənc nəslin vətənpərvərlik tərbiyəsinin gücləndirilməsidir. Layihə çərçivəsində iştirakçı gənclərə İrəvan tarixinə dair vizual görüntülü dərslər, Qərbi Azərbaycan tarixi haqqında maarifləndirici seminarlar keçirilib, İrəvan tarixi ilə bağlı foto və video materiallar nümayiş olunub. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00