"İnsan Hüquqları Aylığı" mövzusunda tədbir keçirilib
14 İyun 2016 11:39 SosialAzərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə iyunun 18-i ölkəmizdə "İnsan Hüquqları Günü" kimi qeyd olunur. Bununla əlaqədar olaraq Füzuli rayonunun Horadiz şəhərində Füzuli Rayonu İcra Hakimiyyətinin və Ombudstmanın təşkilatçılığı ilə "İnsan Hüquqları Aylığı" mövzusunda tədbir keçirilib. "OLAYLAR"-ın xəbərinə görə,
tədbirdə Füzuli Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev, Ombudsman Aparatının Elmira Süleymanova, Füzuli Rayon İcra Hakimiyyəti Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Qabil Əliyev, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Ağcabədi bölgəsi üzrə şöbəsinin əməkdaşı Mehdixan Zeynalov və s. iştirak edib. Tədbiri giriş sözü ilə Füzuli Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev açaraq Azərbaycanda insan hüquqlarının qorunub saxlanılmasından, respublikamızın inkişafından və ölkə prezidenti cənab İlham Əliyevin insan hüquqlarının qorunması istiqamətində gördüyü mühüm işlərdən bəhs edib. Tədbirdə, həmçinin ombudstman Elmira Süleymanova, Füzuli rayon Polis şöbəsinin rəisi Xəqani Məmmədov və digərləri çıxış edərək tədbirin əhəmiyyətindən danışıblar.