Formula -1 yarışları zamanı qonaqları rəngarəng mədəni proqram gözləyir

Bakıda keçiriləcək "Formula-1 Avropa Qran-Pri" yarışları çərçivəsində paytaxtın mədəniyyət müəssisələri tam gücü ilə işləyəcək. Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən "OLAYLAR"-a bildirilib ki, yarışlar ərəfəsində  bir-birindən maraqlı proqramlar nəzərdə tutulur. Mədəniyyət ocaqlarına təşrif buyuracaq turistlərin tamaşalara daha rahat şəkildə baxmaları üçün repertuarda olan səhnə əsərləri ingilis dilinə tərcümə olunub və subtitrlərlə təqdim ediləcək. Qonaqlara dünya dramaturgiyasının ən məşhur nümunələri ilə bərabər, Azərbaycan milli dramaturgiyasından nümunələr də təqdim ediləcək. Paytaxtda fəaliyyət göstərən teatrlar maraqlı repertuar tərtib edib. Beynəlxalq yarış müddətində teatrlar repertuarındakı ən məşhur nümunələri səhnəyə təqdim edəcəklər. Ayın 19-da Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında M.Maqomayevin "Şah İsmayıl" operası nümayiş olunacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00