Türkiyədə Azərbaycanla bağlı yeni təşkilat yaradılıb
14 İyun 2016 11:33 SosialBu günlərdə Türkiyədə Azərbaycanla bağlı daha bir təşkilat təsis edilib. Təşkilatın təsisçisi Aynur Məmmədova "OLAYLAR"-a deyib ki, təşkilat Antalya Azərbaycan Kültür Egitim Dayanışma Dərnəyi (AAKEDD) adlanır: "Dərnəyin əsas fəaliyyəti Türkiyədə Azərbaycanı təbliğ etməklə yanaşı burada təhsil alan azərbaycanlı tələbələrə maddi və mənəvi dəstək olmaqdır. Dərnək olaraq bizə müraciət edən azərbaycanlı tələbələrin üzləşdikləri problemləri öyrənəcək, onlara yardım etməyə çalışacağıq". Aynur Məmmədova onu da deyib ki, AAKEDD eyni zamanda Azərbaycan mədəniyyətinin təbliği istiqamətində də fəaliyyətlər göstərəcək: "Artıq təşkilatımız üçün ofis də ayrılıb".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00