Dövlət hesabına xaricdə təhsil alan tələbələrin sayı açıqlandı
14 İyun 2016 11:53 SosialXaricdə təhsil proqramı çərçivəsində bu vaxta qədər 3500-dən artıq azərbaycanlı tələbə xarici ölkələrdə təhsil almaq imkanı qazanıb.
Məlumata görə, bu barədə 1 saylı Şuşa şəhər tam orta məktəbində keçirilən "Son zəng" tədbirində təhsil naziri Mikayıl Cabbarov deyib.
Nazir bildirib ki, həmin tələbələrdən 2000 nəfəri hazırda xaricdə ali məktəblərdə təhsil alır. Onun sözlərinə görə, təkcə bu il isə 350 nəfər xaricdəki ali təhsil ocaqlarında təhsil almaq imkanı qazanıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00