Oqtay Əsədov Əli Laricanini təbrik etdi
13 İyun 2016 17:52 SosialAzərbaycan parlamentinin spikeri Oqtay Əsədov iranlı həmkarı Əli Laricanini yenidən İran parlamentinin sədri vəzifəsinə seçilməsi münasibətilə təbrik edib. Məlumata görə, O. Əsədov Ə.Laricaniyə yazdığı təbrik məktubunda bildirib ki, Azərbaycan İranla əməkdaşlığı hər iki ölkənin maraqlarına əsaslanan əməkdaşlıq kimi qiymətləndirir. O.Əsədov həmçinin Azərbaycanla İran arasında parlamentlərarası əməkdaşlıq da daxil olmaqla gələcəkdə digər sahələrdə də dost münasibətlərinin olmasına çağırış edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00