Cari tədris ilində 12 ümumi təhsil məktəbi tikilib istifadəyə verilib

2015-2016-cı tədris ilində Təhsil Nazirliyi tərəfindən 12 ümumi təhsil məktəbi tikilib istifadəyə verilib, 2 internat, 3 orta ixtisas təhsili müəssisəsi əsaslı təmir edilib. "OLAYLAR"-ın nazirliyə istinadən verdiyi xəbərə görə, hazırda 18 müəssisədə tikinti və əsaslı təmir işləri davam etməkdədir. Təhsil müəssisələrinin maddi-texniki və tədris bazasının təkmilləşdirilməsi tədbirləri çərçivəsində 60 məktəbdə müasir laboratoriya otaqları yaradılıb. 2015-2016-cı tədris ilində "Sağlam təhsil-sağlam millət" layihəsi çərçivəsində daha 52 "Sağlam təhsil" sinfi yaradılıb. Hazırda Bakıda 33, Sumqayıtda 1 ümumtəhsil məktəbi olmaqla, ümumilikdə 34 təhsil ocağında 67 "Sağlam təhsil" sinfi fəaliyyət göstərir. Həmin siniflərdən 15-i ötən tədris ilində yaradılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00