Vətəndaş cəmiyyətinin inkişafı müzakirə ediləcək

Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzi (BMAM) "Azərbaycanda genişmiqyaslı islahatların vətəndaş cəmiyyətinin inkişafındakı rolu" mövzusunda konfrans keçirəcək. Bu barədə məlumat "OLAYLAR"-a BMAM-dan daxil olub. Bildirilib ki, iyunun 22-də baş keçiriləcək konfrans Azərbaycan Respublikasının Prezidenti Yanında QHT-lərə Dövlət Dəstəyi Şurası ilə birgə "Yeni Hədəflərə Doğru" Vətəndaş Həməryliynin gücəndirilməsi layihəsi çərçivəsində baş tutacaq. Konfransda QHT və media rəhbərlərinin, millət vəkillərinin, dövlət qurumlarınının və KİV nümayəndələrinin iştirakı nəzərdə tutulur.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00