Muxtar Şaxanov Əkbər Qoşalıya medal verdi
13 İyun 2016 16:22 SosialAzərbaycanın 90-cılar ədəbi nəslinin tanınmış nümayəndəsi, Atatürk Mərkəzinin şöbə müdiri, Dünya Gənc Türk Yazarlar Birliyi Məsləhət Şurasının başqanı Əkbər Qoşalı qardaş Qazaxıstanın ünlü "JALIN" dərgisinin TÖLEQEN AYBERQANOV adına medalına layiq görülüb. Bu barədə qərarı dünyaca ünlü qazax ədibi, "Jalın" ədəbiyyat dərgisinin baş redaktoru Muxtar Şaxanov imzalayıb.
Ə.Qoşalı "Jalın"da 2015-ci ildə dərc olunmuş silsilə şeirlərinə ("Ak parakka könlimidi jazayın") görə layiq görülüb. Şeirləri qazaxcaya Sayat Kamşıqer çevirib.
Medalı "Jalın"ın iyunun əvvəllərində Bakıda səfərdə olan əməkdaşı Erkinbek Serikbay təqdim edib.
Onu da əlavə edək ki, Azərbaycanlı yazar Türk Dünyası ədəbi gəncliyi arasında əməkdaşlığa verdiyi töhfələrə, qardaş xalqlar ədəbiyyatının təbliği sahəsindəki xidmətlərinə görə, bugünlərdə Öbəkistanın nüfuzlu "Kitab Dünyası" Ədəbiyyat-sənət qəzeti və Tatarıstan Kitab Nəşriyyatı tərəfindən də "Fəxri Fərman"larla təlfif olunub.