Narkomaniyaya qarşı mübarizə genişləndirilir

Narkotizmlə Mübarizə İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə Astarada "Narkomaniyaya qarşı mübarizə mədəni tədbirlər kontekstində" adlı tədbir həyata keçirib. İctimai Birlikdən "OLAYLAR"-a daxil olan məlumata görə, tədbirin əsas məqsədi gənclər arasında narkomaniyanın yayılmasının qarşısını almağa çalışmaq, tanınmış şəxslərin o cümlədən mədəniyyət xadimlərinin narkomaniyaya qarşı mübarizə tədbirlərinə cəlb etməklə effektiv mübarizə metodu yaratmaq, narkomaniyaya qarşı mübarizədə daha geniş sosial qrupları əhatə etməsinə nail olmaqdır. Tədbirdə bu sahə ilə bağlı mövcud qanunvericiliyin təbliği, narkomaniyaya qarşı mübarizə tədbirlərinin optimallaşdırılması problemləri barədə maarifləndirmə söhbətləri aparılıb. Regionlarda bu problemin daha çox ictimailəşdirilməsi, ona qarşı maarifləndirmənin gücləndirilməsi, gənclərin təlimatlandırılması layihənin qayəsini təşkil edir. Bu məqsədlə layihəyə 15-29 yaşlı gənclər cəlb olunub, tədbirdə onlara məlumatlandırma materialları da paylanıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00