Goranboy və Cəlilabad rayonlarının daha 3 kəndinə təbii qaz verilib

İyunun 13-də Goranboy və Cəlilabad rayonlarının daha üç kəndinə ilk dəfə təbii qazın verilməsi münasibəti ilə tədbirlər keçirilib. "OLAYLAR"-ın SOCAR-a istinadən verdiyi xəbərə görə, tədbirlərdə bildirilib ki, ümumilikdə 337 abonenti olan Goranboyun Xınalı və Qaradağlı kəndlərinin qazlaşdırılması məqsədi ilə birpilləli sistem əsasında 29 628 metr uzunluğunda daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, abonentlərin mənzillərində sayğac və fərdi tənzimləyicilər quraşdırılıb. Cəlilabad rayonun 19 abonentlik Məşədivəlli kəndininqazlaşdırma işləri zamanı birpilləli sistem əsasında 1264 metr uzunluğunda metal borularla qaz xətləri çəkilib, hər bir abonent üçün ayrıca sayğac və fərdi tənzimləyici quraşdırılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00