Biləsuvarda 2 yaşlı uşaq arxda boğulub

Biləsuvarda azyaşlı uşaq faciəli şəkildə ölüb. Rayon Polis Şöbəsindən verilən məlumata görə, hadisə rayonun Amankənd kəndində qeydə alınıb. Kənd sakini 2 yaşlı Nuru Hüseynli yaşadığı evin yaxınlığından keçən arxa düşərək boğulub. Faktla bağlı araşdırma aparılır.
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00