İşində ciddi nöqsanlara yol verən məmurlar vəzifələrindən azad ediliblər
13 İyun 2016 15:41 Sosial"Bakı şəhər Baytarlıq İdarəsində ciddi kadr dəyişikliyi aparılıb. Bu barədə Kənd Təsərrüfatı Nazirliyindən verilən məlumata görə, işdə ciddi nöqsanlara yol verdiklərinə və işlərini günün tələbləri səviyyəsində qura bilmədiklərinə, alınmış müasir baytarlıq laboratoriya avadanlıq və reaktivlərindən səmərəli istifadəni təmin etmədiklərinə görə 2 saylı BSEL-in müdiri Mehri Əliyeva, 6 saylı BSEL-in müdiri Gülnarə Sadıqova və 20 saylı BSEL müdiri Nüşabə Abdullayeva tutduqları vəzifədən azad ediliblər. 9 saylı BSEL-in müdiri Almaz Bağırova, 10 saylı BSEL-in müdiri Canbaxış Vəliyevə, 17 saylı BSEL-in müdiri Saleh Arazova sonuncu xəbərdarlıq olmaqla şiddətli töhmət; 18 saylı BSEL-in müdiri Əlixan İbrahimova, 23 saylı BSEL-in müdiri Yusif İbrahimova, 24 saylı BSEL-in müdiri Süleyman Əhmədova, 5 saylı BSEL-in müdiri Ramazan Eminova töhmət verilib, 8 saylı BSEL-in müdiri Ramiz Əsgərova, 13 saylı BSEL-in müdiri Əbülfət Əsədova xəbərdarlıq edilib, qısa müddətdə işlərində dönüş yaratmadıqları təqdirdə daha ciddi tədbirlər görüləcəyi nəzərlərinə çatdırılıb.