Rusiya ilə problem aradan qaldırılıb

Azərbaycanda istehsal olunun kənd təsərrüfatı məhsullarının Rusiya Federasiyasına ixracı zamanı yaranan problemlər tam aradan qaldırılıb. Bu barədə Dövlət Gömrük Komitəsindən "Olaylar"a verilən məlumata görə, fermerlərin və sahibkarların problemlərini aradan qaldırmaq məqsədilə Azərbaycan Respublkası Dövlət Gömrük Komitəsi rəhbərliyinin Rusiya Federasiyasının Federal Gömrük Xidməti ilə apardığı müzakirələrdən sonra artıq problem öz həllini tapıb. Belə ki, son üç gündə -11, 12 və 13 iyun tarixlərində Azərbaycanda istehsal edilən müxtəlif kənd təsərrüfatı məhsulları, əsasən də pomidor yüklü 39 vaqon, 113 yük maşını maneəsiz şəkildə Rusiya Federasiyasına yola salınıb. Tərəflər arasında razılıq əldə edildikdən sonra Azərbaycan mənşəli kənd təsərrüfatı məhsullarının geri qaytarılması və ya sərhəddə yubadılması halları müşahidə olunmur.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00