Təcili! Azərbaycandan keçən 178 kiloqram heroin Gürcüstanda tutuldu

Gürcüstan DİN Batumi limanının gömrükçülərinin  saxladığı və Azərbaycandan keçib bu ölkəyə daxil olan narkotiklə bağlı açıqlama yayıb. Virtualaz.org xəbər verir ki, açıqlamaya əsasən narkotik 178 kiloqram deyil, 213 kiloqram ağırlığında olub. Mal iyunun 12-də yük maşınının qoşqusunda yerləşən xüsusi saxlanc yerində aşkarlanıb, narkotik maddə hərəsində 600 qram olmaqla 356 bağlamada yerləşib. Faktla bağlı cinayət işi qaldırılıb, traylerin sürücüsü saxlanılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00