16 yaşlı yeniyetmə su kanalında boğulub

Abşeron rayonunda yeniyetmə oğlan kanalda boğulub. "Olaylar" xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən məlumat verilib.Nazirlikdən bildirilib ki, Abşeron rayonu, Ceyranbatan qəsəbəsində su kanalında çimərkən batmış 2000-ci il təvəllüdlü Xəlilov Rəşad Mahir oğlunun cəsədi FHN-nin Dövlət Sularda Xilasetmə Xidmətinin dalğıc-xilasediciləri tərəfindən tapılaraq sudan çıxarılıb. Cəsəd aiddiyyəti üzrə təhvil verilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00