Ölümündən öncə anası ilə mesajlaşdı: `Sən sevirəm...

ABŞ-ın Florida ştatının Orlando şəhərində gecə klubunda törədilən terror aktı zamanı ölən 30 yaşlı Eddi Castisin anası oğlu ilə son yazışamaları üzə çıxıb.

AzVision.az xarici KİV-ə istinadən xəbər verir ki, hadisə zamanı tualetdə gizlənən Castis son olaraq anası Minaya onu sevdiyini yazıb. 

AzVision.az həmin yazışmanı təqdim edir: 

Eddi: Anacan, mən səni sevirəm 
Eddi: Klubda atəş açırlar
Mina: Sən yaxşısan? 
Eddi: Mən tualetdəyəm.
Mina: hansı klub?. 
Eddi: Pulse. Mərkəzdə.
Eddi: Polisə zəng elə. 
Eddi: Mən öləcəyəm. 
Mina: Mən polisə zəng edirəm. 
Mina: Sən hələ də ordasan?. 
Mina: Lənətə gəlmiş telefona cavab ver.
Mina: Onlara zəng elə.
Mina: Mənə zəng elə. 
Eddi: Onlara zəng elə. İndi. 
Eddi: O gəlir. 
Eddi: Mən öləcəyəm. 
Mina: Polislər orada gizlənməyini istəyir. Kim yaralıdır? 
Eddi: Hə. Çoxdur. 
Eddi: Cəld ol. O, burdadır. 

 

Bir neçə dəqiqədən sonra Mina oğluna polisin hadisə yerində olduğunu yazıb və polislər orada olarkən ona xəbər etməsini istəyib. Lakin ananın bu mesajına övladından cavab gəlməyib. 

Xatırladaq ki, ABŞ-ın Florida ştatının Orlando şəhərində gecə klubunda törədilən terror aktı nəticəsində 50 nəfər ölüb, 53 nəfər yaralanıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00