Keyfiyyətsiz gözlüklər beyində şiş xəstəliyi yarada bilər
Gözlük alarkən nələri bilmək lazımdır?
13 İyun 2016 13:06 SosialMüasir informasiya texnologiyalarının inkişafı ilə əlaqədar olaraq dünyada göz xəstəliklərinin artımı müşahidə olunur. Bunun üzərinə ekoloji tarazlığın pozulmasını da əlavə etsək demək olar ki, dünyada hər üç nəfərdən biri müxtəlif səbələrdən gözlükdən istifadə etmək məcburiyyətində qalır. Gözün insan orqanizminin ən zəif orqanlarından olduğunu nəzərə alsaq gözlükdən istifadə zamanı ehtiyatlı olmaq zərurəti yaranır. Lakin bizim istəyib-istəməməyimizdən asılı olmayaraq satış mərkəzlərində keyfiyyətsiz gözlüklərə rast gəlinir. Məsələ orasındadır ki, keyfiyətsiz gözlüklər insanlar üçün əlavə problem yaradır. Daha dəqiq "qaş düzəldən yerdı vurub gözü çıxarır". Belə halda insanlar keyfiyyətli eynəkləri necə müəyyən edə bilərlər?
İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətindən verilən məlumata görə, insan orqanizminin ən zərif orqanı olan gözün mühafizəsi üçün istifadə edilən gözlüklər hazırda ölkənin əksər ticarət obyektlərində, eləcə də pərakəndə və səyyar şəkildə satılmaqdadır. Odur ki, istehlakçılar bu növ məhsul alarkən diqqətli olmalıdırlar. Xidmətdən bildirilib ki, gözlüklər iki növ materialdan, plastik və şüşədən hazırlanır. Şüşənin də öz növləri vardır ki, bunlara adi, xamelyon və s. misal göstərmək olar. Plastik materialdan olan gözlüklər yüngül və rahat olmasına baxmayaraq tez sınıb çatlayır. Ona görə də şüşədən hazırlanan gözlüklər daha keyfiyyətli hesab olunur. Nəzərə almaq lazəmdır ki, gözlüklərin istifadə məqsədi müxtəlifdir. Ondan görmə pozğunluğunu aradan qaldırmaq, gözlərin daha yaxşı görməsini təmin etmək, xarici təsirlərdən müdafiə etmək, elektromaqnit şüalanmalardan qorunmaq, yaxud sadəcə aksessuar məqsədilə istifadə olunur. Gözlüklərin optik, gün, yüksək müdafiəli və s. kimi təyinatları var. Şüşə, polikarbonat plastikdən, yaxud akril plastikdən düzəldilən gözlüklər ən təhlükəsiz və istifadə üçün yararlıdır. Mövsümü olaraq daha çöx istifadə olunan gün gözlükləri isə əsasən ultrabənövşəyi şüaları udan хüsusi materialdan hazırlanmalıdır. Lakin satışda olan gözlüklərin bir qismi plasmasdan, adi tünd şüşədən hazırlanır. Bu materiallar günəş şualarını udmaq qabiliyyətinə malik deyillər və insan sağlamlığı üçün təhlükəlidir: "Yaхşı olar ki, gözlüklər alarkən mütəхəssislərlə məsləhətləşin. Bilmək lazımdır ki, keyfiyyətsiz gözlük göz хəstəliklərinə səbəb ola bilər. Belə ki, bu gözlüklər gözün billuruna pis təsir edir, gələcəkdə kataraktanın yaranmasına səbəb olur, insan beynində yorğunluq yaradır, hətta şiş хəstəliyinin yaranmasına da yol açır. Gözlük gözə düşməyəndə isə ilkin əlamətlər gözün qızarması, sulanması, quruması kimi mənfi əlamətlərlə özünü biruzə verir. Nəticədə gözə ağırlıq düşür. Gözlüyün rəngi tünd olanda isə göz bəbəyi genəlir və gözün dibinə düşən işıq sahəsi artır. Bu da gözün qıçıqlanmasına, iltihaba səbəb olur. Sonrakı prosesdə göz billuru bulanır və görmə zəifləyir. Yaşa dolduqca keyfiyyətsiz gün gözlüklərinin fəsadları daha qabarıq üzə çıxır və görmə üçün problemlər yaradır. Ona görə də gözlüklərin ixtisaslaşmış mağazalardan alınması daha məsləhətlidir". Xidmətdən onu da bildiriblər ki, gözlük alarkən mütləq onun etiketinə diqqət yetirmək lazımdır. Nəzərə almaq lazımdır ki, gün gözlüyünün etiketində ultrabənövşəyi şüaların hansı qisminin buraхılmaması göstərilir. Gözlüyün təlimatında linzanın günəş şüalarını hansı dərəcədə, zəif, orta, yaxud güclü udduğu da qeyd olunmalıdır. Həmçinin gözlüyün sertifikatına nəzər salmaq kifayətdir ki, onun saхta olub-olmadığını müəyyən etmək olsun. Gözlüklər gigiyenik sertifikatı olduğu halda satılmalıdır. Gözlük alarkən birinci növbədə onun rənginə və çəkisinə fikir vermək lazımdır. Gözlüklər nə tünd, nə də açıq rəngdə, yüngül, rahat və göz çuxuruna uyğun olmalıdır. O həmçinin qoruyucu xüsusiyyətinə malik, gün şüalarını qıran, gözü qamaşdırmayan, gözləri rahatladan və onlara istirahət verən olmalıdır. Gözlüyün şüşəsi cızıldığı zaman, o, öz keyfiyyətini itirir. Belə ki, cızılmış yerlərdən ultra-bənovşəyi şüalar gözə təsir edir. Buna görə gözlük alarkən buna diqqət etmək lazımdır. Ən əsası, bilmək lazımdır ki, cızılmış gözlükdən istifadə etmək olmaz.
Nurlan