İsmayıllıda baş vermiş təbii fəlakət nəticəsində avtomobil yollarına dəymiş ziyan aradan qaldırılır
İsmayıllı rayonunda baş vermiş təbii fəlakət nəticəsində avtomobil yollarına dəymiş ziyan aradan qaldırılır. “OLAYLAR”-ın xəbərinə görə, bu barədə məlumatı “Azəravtoyol” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli yayıb.
13 İyun 2016 11:18 Sosialİsmayıllı rayonunda baş vermiş təbii fəlakət nəticəsində avtomobil yollarına dəymiş ziyan aradan qaldırılır. "OLAYLAR"-ın xəbərinə görə, bu barədə məlumatı "Azəravtoyol" ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli yayıb. Bildirilib ki, Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunun hərəkət hissəsinə təbii fəlakət nəticəsində hər-hansı bir ziyan dəyməyib və avtonəqliyyat vasitələrinin hərəkətində hər-hansı bir ciddi problem müşayət olunmayıb: "Sözügedən yolun müəyyən hissələrində çiyin hissələr ( yol kənarlarında torpaq-çınqıl hissə ) güclü su axını nəticəsində yuyulub. Hazırda çiyinlərin bərpası istiqamətində işlər aparılır. Bundan başqa güclü sel nəticəsində 5 kənd yolunda suötürücü borular və su keçidləri dağıllıb. Həmin ərazilərdə də bərpa işləri davam etdirilir, insanların rahat gediş-gəlişini təmin etmək üçün müvəqqəti yol hissələri salınır".