Xalq artisti yenidən kafedra müdiri seçildi
10 İyun 2016 18:04 SosialXalq artisti Xuraman Qasımova yenidən Bakı Musiqi Akademiyasında kafedra müdiri seçilib.
Axşam.az-ın məlumatına görə, ifaçı bu haqda "10-dan sonra" verilişində deyib:
"Bu hadisə iyunun 3-də oldu. Məni qarşıdakı növbəti beşillik üçün kafedra müdiri seçdilər".
X.Qasımova gənc ifaçılara məsləhətlər də verib:
"Çalışdığım musiqi akademiyasında sinifim daima açıqdır. Hər kəs məsləhətimi ala bilər. Vokalist yetişdirmək çətin işdir.
Bu gün gənc aktyorların, vokalistlərin dərslər alması vacibdir. Qüsurları aradan götürmək üçün dərslərə gəlsinlər.
İfaçılar özlərini səhnədə aktyor kimi aparmamalıdır, bu sənət yüngüllüklə uğur gətirmir. Eləsi var ki, 3 günə hər şey qazanır".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00