PR mütəxəssislər üçün təlim keçiriləcək
İyunun 14-də Azərbaycan İctimaiyyətlə Əlaqələr Assosiasiyası və “Alibayov Kommunikasiya & Konsaltinq” şirkətinin təşkilatçılığı, “Excelsior Hotel Baku” otelinin dəstəyi ilə PR sahəsində çalışan mütəxəssislər üçün növbəti təlim keçiriləcək.
10 İyun 2016 17:25 Sosialİyunun 14-də Azərbaycan İctimaiyyətlə Əlaqələr Assosiasiyası və "Alibayov Kommunikasiya & Konsaltinq" şirkətinin təşkilatçılığı, "Excelsior Hotel Baku" otelinin dəstəyi ilə PR sahəsində çalışan mütəxəssislər üçün növbəti təlim keçiriləcək. "OLAYLAR"-ın xəbərinə görə, təlimdə böhran anları və PR, şirkət məhsulunun effektiv təqdimatı və effektiv PR-ın sirləri mövzularında danışılacaq. Təlimi bu sahədə böyük təcrübəyə malik olan "Alibayov Kommunikasiya & Konsaltinq" şirkətinin rəhbəri Vəli Əlibəyov aparacaq. Qeyd edək ki, Azərbaycan İctimaiyyətlə Əlaqələr Assosiasiyası PR tətbiqi sahəsində yüksək peşəkar və etik standartlara riayət edilməsi, İctimaiyyətlə əlaqələr üzrə yerli mütəxəssislərin keyfiyyətli artımı çərçivəsində müxtəlif tədbirlər həyata keçirir.