Yeni Biləcəriyə içməli su məhdudiyyətlərlə veriləcək

İyunun 13-də gün ərzində Yeni Biləcəri yaşayış massivinin bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

İyunun 13-də gün ərzində Yeni Biləcəri yaşayış massivinin bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq. "OLAYLAR"-ın xəbərinə görə, bu fikirləri "Azərsu" ASC-nin mətbuat xidməti yayıb. Bildirilib ki, içməli suyun verilməsində məhdudiyyətlər   yeni çəkilmiş magistral su xətlərinin mövcud sistemlərə qoşulması ilə əlaqədar olacaq. Yaranacaq narahatlıqla əlaqədar "Azərsu" ASC abonentlərdən üzr istəyir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00